Bu küçədə içməli su və kanalizasiya xətləri yenilənir

Baş səhifə

Bakı. Trend:

Fəvvarələr meydanı və Qış Parkı ətrafındakı ərazidə piyadaların
sərbəst və rahat hərəkət etməsi üçün piyada zonalarının yaradılması
və geniş abadlıq-quruculuq işləri davam etdirilir. Bu çərçivədə İri
Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin “Sutikinti” MMC
tərəfindən Yasamal rayonu İslam Səfərli küçəsində içməli su və
tullantı su xətlərinin yenilənməsi işləri aparılır.

Bu barədə Trend-ə İri Şəhərlərin Birləşmiş Su Təchizatı
Xidmətindən məlumat verilib.




Bildirilib ki, layihə üzrə müxtəlif diametrli içməli su və
kanalizasiya xətləri inşa edilir. Görülən işlər çərçivəsində
diametri 63, 110, 280, 400, 300 millimetrlik köhnəlmiş borular
yeniləri ilə əvəzlənib.

Ümumilikdə 967 metr içməli su xətti, 493 metr kanalizasiya xətti
dəyişdiriləcək. İşlər yaxın günlərdə yekunlaşdırılacaq.