Gürcüstandakı azərbaycandilli məktəblər üçün yeni dərsliklər təqdim edilib

Baş səhifə
Gürcüstandakı azərbaycandilli məktəblər üçün yeni dərsliklər təqdim edilib

Gürcüstandakı azərbaycandilli məktəblər üçün yeni dərsliklər təqdim edilib.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyində Gürcüstandakı azərbaycandilli məktəblər üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən göndərilmiş 18 adda 21 min 179 nüsxə

“Ana dili” və “Ədəbiyyat” dərslikləri təqdim edildi.

Yeni dərsliklər Gürcüstandakı azərbaycandilli ümumtəhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi və müasir tədris resursları ilə təminatın gücləndirilməsi məqsədilə hazırlanıb.

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin və hər iki ölkənin müvafiq nazirliklərinin nümayəndələrinin iştirakı,baş tutub.

Bu addım Azərbaycan və Gürcüstan arasında təhsil sahəsində əməkdaşlığın inkişafına, eləcə də Gürcüstandakı azərbaycanlı icmasının ana dilində təhsilə çıxış imkanlarının genişlənməsinə xidmət edir.