Bakı. Trend:
Babək Rayon Polis İdarəsinə rayon ərazisində inşası davam edən
məktəb binasının həyətindən elektrik naqillərinin oğurlanması ilə
bağlı məlumat daxil olub.
Trend xəbər
verir ki, keçirilən tədbirlər nəticəsində oğurluq əməlini
törətməkdə şübhəli bilinən 28 yaşlı Natiq Quliyev müəyyən edilərək
saxlanılıb. Araşdırmalar zamanı onun məktəbin həyətindən müxtəlif
ölçülü elektrik naqillərini oğurlayaraq şəxsi məqsədləri üçün
satmaq niyyəti ilə aparması müəyyən olunub.
Hazırda faktla bağlı Babək Rayon Polis İdarəsində araşdırmalar
davam etdirilir.

