Bakıda II “Azərbaycan Sağlamlıq Turizmi Konfransı” keçirilir

Baş səhifə

Bakı.Trend:

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə oktyabrın 15-də II “Azərbaycan Sağlamlıq Turizmi Konfransı” işə başlayıb.

Trend xəbər
verir ki, konfransın məqsədi sağlamlıq turizmi sahəsində fəaliyyət
göstərən mütəxəssisləri və xidmət təminatçılarını bir araya
gətirərək daha güclü əlaqələrin qurulmasını, səmərəli
tərəfdaşlıqların formalaşdırılmasını və Azərbaycanda sağlamlıq və
tibbi turizm sahələrində yeni imkanların araşdırılmasını təşviq
etməkdir.




Tədbirdə “Rifah” və “Tibbi turizm” mövzularına həsr olunmuş
panel müzakirələri keçiriləcək, həmçinin sektorda fəaliyyət
göstərən aparıcı şirkətlərin iştirak edəcəyi sərgi təşkil
olunacaq.

Xəbər yenilənəcək