Ekvadorda partlayış baş verib, ölənlər var

Baş səhifə

Bakı. Trend:

Ekvadorun Quayakil şəhərində yerləşən “Mall del Sol” ticarət
mərkəzinin qarşısında güclü partlayış qeydə alınıb.

Trend xəbər verir ki, hadisə
nəticəsində azı üç nəfər həyatını itirib, bir neçə nəfər isə
yaralanıb.

Partlayışın gücü ticarət mərkəzinin fasadına, yaxınlıqdakı
binalara və parklanmış avtomobillərə ciddi ziyan vurub.




Hadisə yerinə polis və partlayıcı maddələrin
zərərsizləşdirilməsi üzrə mütəxəssislər cəlb olunub, ərazi
təhlükəsizlik məqsədilə mühasirəyə alınıb.

Hüquq-mühafizə orqanlarının ilkin versiyasına əsasən, partlayış
avtomobillərdən birinin altına yerləşdirilmiş partlayıcı qurğu
səbəbindən baş verib, lakin bu məlumat hələlik rəsmi şəkildə
təsdiqlənməyib.