44 günlük Vətən müharibəsinin xronikası: 15 oktyabr

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

Trend Vətən
müharibəsinin oktyabrın 15-nə olan xronikasını təqdim edir:

– Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibə verib;

– Prezident İlham Əliyev Füzuli, Cəbrayıl və Xocavəndin bir neçə
kəndi işğaldan azad edilməsi ilə bağlı “Twitter”də (hazırkı “X”)
paylaşım edib;

– Prezident İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun
baş direktoru Dmitri Kiselyova müsahibə verib;

– Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyeva rəsmi “İnstagram” səhifəsində Ermənistanın Tərtərdə dəfn
zamanı insanları atəşə tutması ilə bağlı paylaşım edib;

– Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər
nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda
canlı qüvvəsi və texnikası məhv edilib;

– Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini
kobudcasına pozaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi
rayonlarının ərazilərini atəşə tutub. Ermənistanın Tərtərdə qəbiristanlığı
atəşə tutması nəticəsində həlak olanların sayı 4-ə çatıb;

– Ağdamın atəşə tutulması nəticəsində 2 nəfər xəsarət alıb;

– Ermənistanın hərbi hissə komandiri, polkovnik məhv edilib.