Babək rayonunun Sirab kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Baş səhifə
Babək rayonunun Sirab kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Babək rayonunun Sirab kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“Azərişıq” ASC-nin Naxçıvan RETSİ-dən “Report”un yerli bürosuna verilən məlumata görə, payız-qış mövsümünə uyğun tədbirlər planına əsasən, xəttə toxunan ağacların kəsilməsi və xətt üzərində yerləşən KTM-lərin təmiri işləri ilə əlaqədar 35/10 kilovoltluq “Kərimbəyli” yarımstansiyasından qidalanan 10 kilovoltluq “Sirab” hava elektrik verilişi xətti sifarişə əsasən açılacaq.

Bu səbəbdən 15 oktyabr 2025-ci il tarixində saat 11:00-dan 13:00-dək Babək rayonunun Sirab kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq.