HƏMAS bu gün daha bir neçə girovun meyitini qaytara bilər.
“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” mənbələrə istinadən məlumat yayıb.
Qətərin “Al Arabia” telekanalı isə öz növbəsində qeyd edib ki, HƏMAS girovların meyitlərini bu gün gec saatlarda təhvil verəcək. İsrailin “Channel 12” kanalı isə İsrail rəsmisinə istinadən ölkənin daha bir neçə meyitin bu axşam qaytarılmasını gözlədiyini məlumat verib.
Daha əvvəl İsrail HƏMAS-ı bütün ölmüş girovların meyitlərini qaytarmaq öhdəliyini yerinə yetirməməkdə ittiham edərək, atəşkəs razılaşmasının tələb etdiyi kimi Qəzza zolağı ilə Misir arasındakı Rəfah nəzarət-buraxılış məntəqəsini açmamaq qərarına gəlmişdi.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

