Yon Dal Tomasson İsveç millisinin baş məşqçisi vəzifəsindən göndərilib

Baş səhifə
Yon Dal Tomasson İsveç millisinin baş məşqçisi vəzifəsindən göndərilib

İsveç yığmasının baş məşqçisi Yon Dal Tomasson vəzifəsindən göndərilib.

“Report” xəbər verir ki, bu barəıdə İsveç Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Buna səbəb İsveç millisinin qeyri-qənaətbəxş nəticələri olub. DÇ-2026-nın seçmə mərhələsində B qrupunda yer alan İsveç millisi ötən gün baş tutan Kosovo ilə matçda məğlub olub – 0:1.

Beləliklə İsveç yığması qrupda keçirdiyi 4 oyunda 1 xal toplayaraq sonuncu, 4-cü yerdə qərarlaşıb. Turnir cədvəlində 10 xalla İsveçrə yığması başçılıq edir. Kosovo (7 xal) ikinci, Sloveniya isə (3 xal) üçüncü pillədə yer alıb.

Qeyd edək ki, 49 yaşlı danimarkalı mütəxəssis 2024-cü ilin martından İsveç yığmasına rəhbərlik edirdi.