İqtisadi fəal əhalinin sayı məlum olub

Baş səhifə

Bakı. Trend:

2025-ci il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən
iqtisadi fəal əhalinin sayı 5375,8 min nəfər olmuş, onlardan 5096,5
min nəfərini məşğul əhali təşkil edib.

Trend
xəbər verir ki, bu barədə məlumat 2025-ci ilin yanvar-sentyabr
ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi
göstəricilərində öz əksini tapıb.




Bildirilib ki, cari il sentyabrın 1-i vəziyyətinə muzdla çalışan
işçilərin sayı 1764,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət
sektorunda 855,3 min nəfər, qeyri-dövlət sektorunda isə 909,6 min
nəfər təşkil edib:

“İqtisadiyyatın neft-qaz sektorunda 31,2 min nəfər, qeyri
neft-qaz sektorunda isə 1733,7 min nəfər çalışıb. Müəssisə və
təşkilatlarda muzdla çalışan işçilərin 23,1 faizi məhsul istehsalı
sahələrində, o cümlədən 7,7 faizi emal sənayesi, 6,8 faizi tikinti,
2,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,4
faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi
mədənçıxarma sənayesi, 1,7 faizi elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 19,0 faizi ticarət; nəqliyyat
vasitələrinin təmiri, 18,0 faizi təhsil, 8,6 faizi əhaliyə səhiyyə
və sosial xidmətlərin göstərilməsi, 6,3 faizi dövlət idarəetməsi və
müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı,
3,9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,9 faizi
peşə, elmi və texniki fəaliyyət, 3,7 faizi turistlərin
yerləşdirilməsi və ictimai iaşə, 2,9 faizi istirahət, əyləncə və
incəsənət sahəsində fəaliyyət, 2,3 faizi maliyyə və sığorta
fəaliyyəti, 1,9 faizi informasiya və rabitə, 1,1 faizi daşınmaz
əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə
xidmətlərin göstərilməsi sahələrində çalışıblar. 2025-ci ilin
yanvar-avqust aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş
saatlarının miqdarı 144,4 saat təşkil edib”.