
Növbəti tədris ilindən peşə təhsili müəssisələrində təhsil alan tələbələrin sayı 50 minə çata bilər.
“Report” xəbər verir ki bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, orada əsasən dövlət sifarişli yerlər olacaq: “Peşə təhsilinə qəbul sayını 2 dəfə artırmalıyıq. Növbəti tədris ilindən peşə təhsili müəssiələrində təhsil alan tələbələrinin sayının 50 minə çatacağını görə bilərik. Çalışacağəq ki müəyyən edilmiş hədəfləri reallaşdıraq”.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

