Azərbaycan universitetlərinin qlobal reytinqlərdə yeri yaxşılaşır – Ülkər Səttarova

Baş səhifə

Bakı. Trend:

Azərbaycan universitetlərinin qlobal reytinqlərdə yeri günü –
gündən yaxşılaşır.

Trend xəbər
verir ki, bu sözləri Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə
Dövlət Agentliyinin direktoru Ülkər Səttarova “Azərbaycanın
Dayanıqlı İnkişafı üçün Təhsilə İnvestisiya” adlı panel müzakirədə
çıxış edərkən deyib.




Onun sözlərinə görə, universitetlərimiz ildən-ilə daha da
yaxşılaşır, çox müsbət bir dinamika müşahidə olunur:

“Burada da, təbii ki, əsas rol məhz universitetlərə və onların
komandalarına düşür. Onu da xüsusi vurğulamaq istəyirəm ki,
məsələn, biz sırf dayanıqlı inkişaf reytinqlərinə baxsaq — Times
Higher Education Impact Ranking-də bu il artıq 28 Azərbaycan
universiteti təmsil olunur. Halbuki, ondan əvvəlki il bu rəqəm cəmi
18 idi, ondan əvvəlki il 9, ondan da əvvəl isə heç biri iştirak
etmirdi. Yəni, çox açıq şəkildə görürük ki, son illərdə çox müsbət
və yüksələn bir dinamika var”.