
Bakı. Trend:
Azərbaycanda qadınların doktorantura səviyyəsində təhsildə
iştirakı son illərdə artıb və 2024-cü ildə fəlsəfə doktoru
proqramlarında qadınların payı 52,5 faiz təşkil edib.
Trend xəbər
verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi
Ofisinin iqtisadçısı Hurşid Rüstəmov Bakıda keçirilən “Azərbaycanın
Dayanıqlı İnkişaf Naminə Təhsilə İnvestisiya” mövzusunda 7-ci DİM
dialoqunun açılış mərasimində deyib.
O bildirib ki, bu göstərici 2020-ci ildə 42,8 faiz olub:
“Elm doktoru üzrə proqramlarda isə qadınların payı 2024-cü ildə
37 faizə çatıb”.

