Təhsilalanların 1.6 milyonu ümumtəhsil sektorundadır

Baş səhifə

Bakı. Trend:

Təhsilalanların 1.6 milyonu ümumtəhsil sektorundadır.

Trend xəbər
verir ki, bu sözləri “Azərbaycanın dayanıqlı inkişafı naminə
təhsilə investisiya” mövzusunda keçirilən tədbirdə Azərbaycan
Respublikası elm və təhsil nazirinin müavini İdris İsayev
deyib.

O bildirib ki, 25 minə yaxın təhsilalan özəl təhsil
müəssisələrində təhsil alır:




“Həmçinin investiyalarımızın 15-16 faizi ali təhsil sisteminə
yönəldilir”.

İdris İsayev qeyd edib ki, bütün xərclərin təxminən 10 faizi
məktəbəqədər təhsil müəssisələrinə yönəldilir:

“Həmçinin inklüziv təhsilin də əhatəsi genişləndirilir”