
Bakı. Trend:
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazəsi vermək üçün kvotanı
azaldıb.
Trend bu barədə rus
KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, 2026-cı il üçün Rusiya Federasiyasında əcnəbi
vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə 3802 müvəqqəti yaşama
icazəsinin verilməsi üçün kvota müəyyən ediləcək. Müvəqqəti yaşamaq
icazəsi xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə
Rusiyada yaşamaq və işləmək üçün veriləcək.
Qeyd edilir ki, müvəqqəti yaşamaq icazəsi üç il müddətinə
verilir və əcnəbilərə Rusiyada qanuni işləməyə imkan yaradır.


