
Bakı.Trend:
FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat
alıb.
Trend xəbər
verir ki, o, 17 yaşadək qadınlar arasında Avropa çempionatının
seçmə mərhələsinin B qrupu çərçivəsində keçiriləcək 3 oyunda
fəaliyyət göstərəcək.
F.Lütfəliyeva oktyabrın 17-də Yunanıstan – Albaniya, 23-də
Albaniya – İsrail matçlarının baş hakimi, oktyabrın 20-də Estoniya
– Albaniya görüşünün ehtiyat hakimi olacaq. Digər referimiz Sevda
Nuriyeva isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını
yerinə yetirəcək.
Qeyd edək ki, oyunlar Albaniyanın Elbasan şəhərinin eyniadlı
stadionunda keçiriləcək.

