
Varşava Rusiya ilə kiberməkanda müharibə vəziyyətindədir, ölkə üçün yeganə faydalı hərbi ittifaq NATO-dur.
“Report” “Financial Times”a istinadən xəbər verir ki, bunu Polşa Milli Təhlükəsizlik Bürosunun (BBN) rəhbəri Slavomir Tsentskeviç deyib.
“Hazırda Polşa kiberməkanda Rusiya ilə müharibə vəziyyətindədir, bu, artıq təhdid vəziyyəti deyil”, – o bildirib.
S.Tsentskeviçin sözlərinə görə, Aİ ölkələrində kriptovalyuta ilə ödənişin edildiyi agent şəbəkəsi fəaliyyət göstərir ki, bu da onlara xüsusi xidmət orqanlarının nəzarətindən yayınmağa imkan verir.
O, bu şəbəkəni “hibrid hücum”larda – pilotsuz uçuş aparatları ilə Aİ ölkələrinin hava məkanının pozmaqda, kritik infrastrukturun sındırılması cəhdlərində günahlandırır.
“Hesab edirik ki, Polşa üçün yeganə faydalı hərbi ittifaq NATO-dur və NATO olaraq qalacaq”, – BBN rəhbəri bildirib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


