
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə BMT Baş katibi Antonio Quterreşi Azərbaycanda keçiriləcək beynəlxalq tədbirə dəvət edib.
“Report” xəbər verir ki, QMİ sədri islamdaxili dialoq və islamofobiya ilə mübarizəyə həsr olunmuş tədbirin gələn il baş tutacağını vurğulayıb.
A.Quterreş Azərbaycanı daha əvvəllər BMT-nin Qaçqınlar üzrə Ali Komissarı olduğu dövrdə bir neçə dəfə ziyarət etdiyini, ölkəmiz barədə ən xoş təəsüratlarının olduğunu qeyd edərək, orada yenidən olmaqdan məmnun olacağını dedi.
Qeyd edilib ki, tədbir Azərbaycanda Müsəlman Ağsaqqalları Şurası, BMT Sivilizasiyalar Alyansının həmtəşkilatçılığı ilə keçiriləcək.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


