Əhməd əş-Şaraa: Rusiya ilə münaqişəyə girmək Suriyaya “çox baha” başa gələcək

Baş səhifə

İndi Rusiya ilə münaqişəyə girmək Suriyaya çox baha başa gələcək.

APA xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əş-Şaraa “CBS News”ə müsahibəsində bildirib.

Müsahibə zamanı dövlət başçısı Suriyanın sabiq Prezidenti Bəşər Əsədin məsuliyyətə cəlb olunması üçün bütün mümkün qanuni vasitələrdən istifadə edəcəyini vurğulayıb.

“İndi Rusiya ilə münaqişəyə girmək Suriyaya çox baha başa gələcək və həmçinin bu, ölkənin maraqlarına cavab vermir”, – o qeyd edib.