
Bakı. Trend:
İdxal olunan bioloji aktiv qida məhsulunda uyğunsuzluq
aşkarlanıb.
Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Qida
Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən “NES Group”
MMC-nin İtalyadan idxal etdiyi, “İnalme s.r.l” müəssisəsinin
istehsalı olan ümumi sayı 1011 ədəd olmaqla “Sun Drops daxilə qəbul
üçün məhlul-damcı 30 ml” əmtəə nişanlı bioloji aktiv qida məhsulu
partiyasından nümunələr götürülüb.
Müayinələr nəticəsində məhsul partiyasının normativ sənədlərin
tələblərinə cavab vermədiyi aşkarlanıb.
Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul
partiyası məhv edilib.

