
Bakı.Trend:
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz
saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, oktyabrın 11-də və 12-də polis əməkdaşları
paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 1
pulemyot, 8 qumbara, 1 alışdırıcı, 5 tüfəng, 11 patron darağı və
552 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.


