İranın yol və şəhərsalma naziri Azərbaycanda səfərdədir

Baş səhifə

Bakı. Trend:

İranın yol və şəhərsalma naziri, həmçinin İran və Azərbaycan
birgə iqtisadi əməkdaşlıq komissiyasının iranlı həmsədri Fərzanə
Sadeq bu gün Azərbaycana səfər edib.

Trend-xəbər
verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyi məlumat
yayıb.




Bildirilib ki, iranlı nazirin Azərbaycana səfəri çərçivəsində
üçtərəfli Azərbaycan, İran və Rusiya arasında nəqliyyat və
yükdaşıma, enerji, gömrük məsələləri üzrə iclaslar təşkil olunacaq.
Eyni zamanda Fərzanə Sadeq İran və Azərbaycan arasında sərhəd
dəhlizləri ilə yaxından tanış olacaq.

İclaslarda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb
marşrutundakı infrastrukturlarla əlaqədar fikir mübadiləsi
aparılacaq. Üç ölkənin sərhəd-keçid məntəqələrindən keçid üçün
proseslərin sadələşdirilməsi diqqət mərkəzində saxlanılacaq.