Paşinyan Misirdə keçiriləcək “Yaxın Şərq Sülh Sammitində” iştirak edəcək

Baş səhifə
Paşinyan Misirdə keçiriləcək Yaxın Şərq Sülh Sammitində iştirak edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan “Yaxın Şərq Sülh Sammiti”ndə iştirak edəcək.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan məlumat verib.

Onun sözlərinə görə, Paşinyan oktyabrın 13-də Misirə işgüzar səfərə gedəcək, burada ABŞ və Misir prezidentlərinin dəvəti ilə Şarm əl-Şeyxdə keçiriləcək sammitdə iştirak edəcək.