İsrail nümayəndələri Misirdə keçiriləcək “Sülh sammiti”nə qatılmayacaq

Baş səhifə
İsrail nümayəndələri Misirdə keçiriləcək Sülh sammitinə qatılmayacaq

İsrail nümayəndələri Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək “Sülh sammiti”nə qatılmayacaq.

“Report”un məlumatına görə, bu barədə jurnalistlərə İsrail hökumətinin nümayəndəsi Şoş Bedrosyan bildirib.

“İsrailin heç bir nümayəndəsi sammitdə iştirak etməyəcək”, – o deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın təklif etdiyi sülh planına uyğun olaraq, oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəsin müzakirəsi üçün “Sülh sammiti” keçiriləcək.