Pakistan daxili işlər naziri Əfqanıstanın sərhəd atəşini pisləyib

Baş səhifə

Bakı. Trend:

Pakistanın daxili işlər naziri Möhsin Nəqvi Əfqanıstandan
Pakistan ərazisinin səbəbsiz atəşə tutulmasını kəskin şəkildə
qınayıb.

Trend xəbər verir
ki, bu barədə məlumat Nazirliyin rəsmi “X” səhifəsində
paylaşılıb.




Nəqvi bildirib ki, Əfqanıstan qüvvələrinin mülki şəxsləri hədəfə
alması beynəlxalq hüququn ciddi şəkildə pozulması deməkdir.