ABŞ Azərbaycanı Qəzza sammitinə dəvət etdi

Baş səhifə

ABŞ hökuməti gələn həftə Misirdə keçiriləcək Qəzza mövzusundakı liderlər sammitinə Azərbaycanı da dəvət edib.

Modern.az-ın məlumatına görə, Vaşinqtonun təşəbbüsü ilə formalaşdırılan genişləndirilmiş iştirakçı siyahısına Azərbaycanla yanaşı, İspaniya, Yaponiya, Ermənistan, Macarıstan, Hindistan, Kipr, Yunanıstan, Bəhreyn, Küveyt, Kanada və İran da daxil edilib.

Sammit oktyabrın 13-də Şarm əl-Şeyx şəhərində keçiriləcək. Tədbirdə 20-dən çox ölkənin liderinin iştirakı gözlənilir.

Görüşdə İsrail və HƏMAS arasında əldə olunan atəşkəsin davamlılığının təmin olunması, eləcə də Qəzza zolağında yaranmış humanitar vəziyyətin yüngülləşdirilməsi istiqamətində növbəti addımlar müzakirə ediləcək.