
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
Trend Vətən
müharibəsinin oktyabrın 12-nə olan xronikasını təqdim edir:
– Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya
kanalına müsahibə verib.
– Ağdam rayonu ərazisi Ermənistan silahlı
qüvvələri tərəfindən atəşə tutulub. Düşmən alayının tabor komandiri və xeyli sayda canlı qüvvəsi məhv edilib.
– Emənilərin Tərtər rayon Kəngərli kəndini top atəşinə tutması
nəticəsində 1970-ci il təvəllüdlü Bəylərov Firudin Kamal oğlu
müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
– Müdafiə Nazirliyi düşmənin 3 PUA-sının məhv edilməsinin
videogörüntülərini yayıb.
– Döyüşlərdə iştirak edən qoşunlar üçün səyyar təminat məntəqələri
yaradılıb.
– Müdafiə Nazirliyi Cəbrayılın işğaldan azad olunan Süleymanlı
kəndindən videogörüntülər yayıb.
– Emənilərin Gəncəyə raket atılması nəticəsində ölənlərin sayı 10-a
çatıb.

