Pakistanda polis təlim mərkəzinə hücum edilib

Baş səhifə

Bakı. Trend:

Pakistanın şimal-qərbindəki Ratta Kulaçi şəhərində polis təlim
mərkəzinə hücum zamanı azı 7 polis əməkdaşı və 6 yaraqlı həlak
olub.

Trend xəbər verir
ki, bu barədə Pakistanın “Dunya News” xəbər portalı məlumat
yayıb.




Hücumçular əvvəlcə darvazanın yaxınlığında bomba yüklü yük
maşını partladıb, daha sonra təxminən 200 kursant və təlimatçının
olduğu kompleksə daxil olublar.

Atışma təxminən 6 saat davam edib, əlavə olaraq 13 polis
əməkdaşı yaralanıb. Polis bildirir ki, koordinasiyalı hücum qismən
dəf edilib və növbəti itkilərin qarşısı alınıb.