Ermənistanda kilsədə qətl olub

Baş səhifə

Ermənistanda Kotayk vilayətində kilsədə qətl hadisəsi baş verib.

APA xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Xəbərə görə, 57 yaşlı şəxs bıçaqlanaraq öldürülüb.

Hadisə dini mərasim zamanı baş verib. Şübhəli kimi 28 yaşlı gənc saxlanılıb, omum psixi xəstə kimi qeydiyyatda olduğu bildirilir.