
Bakı. Trend:
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Push30 – Pilot
Layihəsinə artıq 1000 nəfərdən çox təhsil işçisi müraciət edib.
Trend xəbər
verir ki, bu sözləri “Push30” şirkətinin baş icraçı direktoru Adil
Qasımov Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Push30 – Pilot
Layihəsinin təqdimat mərasimindən əvvəl jurnalistlərə açıqlamasında
deyib.
O bildirib ki, ümumiyyətlə, bu layihə ilə bağlı çox yaxşı
fikirlər var:
“Gözlədiyimizdən artıq müraciət qəbul olunub. 1000 nəfərdən çox
təhsil işçisi artıq bu layihəyə müraciət edib. Bugünkü tədbirə də
bu qədər marağın göstərilməsi və bu qədər iştirakçının burada
olması məni çox sevindirir. Bu onu göstərir ki, bizim çox dəyərli
Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqı ilə birlikdə həyata
keçirdiyimiz bu layihə artıq bəhrəsini verir. Təbii ki, tədbirdən
sonra daha dəqiq rəqəmlər məlum olacaq”.
O vurğulayıb ki, bu layihə prinsipial xarakter daşıyır.
“Bildiyiniz kimi, təhsil işçilərinin işi çox səbir tələb edir və
biz çox istəyirik ki, onların həyatına balans və enerji gətirək.
Ona görə, nə qədər çox insan olsa, bir o qədər yaxşı olar. İlk
mərhələdə biz 3 min nəfəri nəzərdə tutmuşuq. Artıq 1000 nəfərdən
çox müraciət olunub. Düşünürük ki, bu rəqəmləri istədiyimiz
səviyyəyə çatdıra bilərik”- deyə Adil Qasımov əlavə edib.


