Bakı. Trend:
Qəzza zolağında atəşkəs razılaşmalarına riayət olunmasına
nəzarət edəcək əlaqələndirmə mərkəzinin yaradılması üçün ABŞ-nin
göndərdiyi hərbçilər artıq İsrailə çatıb.
Trend bu barədə
ABŞ KİV-ə istinadən xəbər verir.
Atəşkəsə nəzarətlə bağlı tədbirlər çərçivəsində ABŞ hökuməti
Yaxın Şərqə ümumilikdə 200 hərbçidən ibarət kontingent
göndərəcəyini bəyan edib. Onların Qəzza zolağından kənarda
qərarlaşacağı bildirilir.
Əlaqələndirmə mərkəzinin fəaliyyətində iştirak edəcək hərbçilər
nəqliyyat, planlaşdırma, logistika, təhlükəsizliyin təminatı və
mühəndislik sahələri üzrə ixtisaslaşıblar.

