Bakı. Trend:
İsrail ordusu Livanın cənubundakı “Hizbullah” təşkilatına məxsus
infrastruktura zərbələr endirib.
Trend-in
məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti
bildirib.
“İsrail ordusu Livanın cənubundakı ərazidə “Hizbullah”
infrastrukturunun bərpası üçün istifadə edilən mühəndis
avadanlıqlarının yerləşdiyi terror infrastrukturuna zərbələr
endirib və onu məhv edib”, – deyə qeyd olunub.
Bildirilib ki, bu bölgədə “Hizbullah” texnikasının və
fəaliyyətlərinin olması İsrail və Livan arasında razılaşmaların
pozulmasıdır.

