Bakı. Trend:
“Netflix” televizorlarda öz video oyunlarına çıxışı təqdim
edəcək. Tək və ya dostlar ilə oyun oynamaq üçün “Netflix”
abunəçilərinə “Smart TV” funksiyası olan televizorlar tələb
olunacaq.
Trend-in
məlumatına görə, bu barədə striminq şirkətinin baş direktorlarından
Qreq Piters məlumat verib. O, qeyd edib ki, bu, şirkətin inkişafla
bağlı əsas təşəbbüslərindən birinin həyata keçirilməsində irəliyə
doğru addımdır.
Oyun üçün “Netflix” abunəçilərinə “Smart TV” funksiyası olan
televizorlar və ya “Roku Inc”dən olanlar da daxil olmaqla uyğun
striminq cihazları tələb olunacaq. Smartfonlar nəzarətçi kimi
istifadə olunmalı olacaq. Onları nəzarətçilərə çevirmək üçün
oyunçular QR kodu skan etməli olacaqlar. Oyunçular TV-də dostları
ilə və ya qrup şəklində oynaya biləcəklər.

