Makron Lekornyunu yenidən Fransanın baş naziri təyin edib

Baş səhifə

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron Sebastyan Lekornyunu yenidən
ölkənin baş naziri təyin edib.

Trend-in məlumatına görə, bu barədə “BFMTV” televiziya kanalı
Yelisey Sarayının açıqlamasına istinadən bildirib.




“İlin sonuna qədər Fransanı büdcə ilə təmin etmək və
soydaşlarımızın gündəlik problemlərini həll etmək üçün mümkün olan
hər şeyi etmək üçün respublika Prezidentinin mənə həvalə etdiyi
missiyanı öz borcum kimi qəbul edirəm”, – deyə S.Lekornyu sosial
şəbəkə hesabında yazıb.