44 günlük Vətən müharibəsinin xronikası: 11 oktyabr

Baş səhifə

Bakı.Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

Trend Vətən
müharibəsinin oktyabrın 11-nə olan xronikasını təqdim edir:

– Prezident İlham Əliyev Ermənistanın Gəncəyə etdiyi hücumla bağlı paylaşım edib;

– Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhərinin
hücuma məruz qalması ilə bağlı paylaşım edib.

– Müdafiə Nazirliyi xəbəbr verir ki, Ermənistan tərəfinin
Azərbaycan hərbçilərinin Hadrutda dinc sakinləri – qadın və onun əlil oğlunu
guya qətlə yetirmələri barədə yaydığı xəbər əsassızdır, heç bir
fakta söykənmir və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədini
güdür. İşğal altında olan yaşayış məntəqələrinə guya Azərbaycan
Ordusunun raket zərbələri endirməsi barədə Ermənistan tərəfinin
yaydığı məlumat yalandır və dezinformasiyadır.

– Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə
atəşə tutub. Atəş nəticəsində 5 nəfər ölüb, 27 nəfər yaralanıb.

– Ermənistan silahlı qüvvələri Mingəçeviri raket atəşinə tutub.

– Müdafiə Nazirliyi düşmənin canlı qüvvə və texnikasının məhv
edilməsinin videogörüntülərini yayıb.

– Düşmənin alay komandirinin müavini və xeyli sayda canlı qüvvəsi və
texnikası məhv edilib.

– Oktyabrın 11-i səhər saat 08.00 radələrində Mingəçevir
istiqamətində uçuşlar həyata keçirməyə cəhd edən Ermənistana məxsus
pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan
Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

– Müdafiə Nazirliyi hücuma cəhd edən düşmənin qüvvə və
vasitələrinin məhv edilməsinin videogörüntülərini yayıb.

– Baş Prokurorluğun məlumatına görə, Ermənistanın Gəncəyə növbəti atəşi nəticəsində 7 nəfər ölüb, 34
nəfər yaralanıb.

– Erməni əsgərlərinin cəsədlərini yığan ağ bayraqlı tibbi maşın Ermənistan tərəfindən atəşə tutulub.

– Baş Prokurorluğun məlumatına görə,Gəncədə ölənlərin sayı 9-a çatıb.

– Baş Prokurorluğun məlumatına görə, Ermənistanın atəşi
nəticəsində 41 mülki şəxs qətlə yetirilib, 205 nəfər yaralanıb.

– Müdafiə Nazirliyi Mingəçevir istiqamətində Ermənistana məxsus
PUA-nın məhv edilməsi videogörüntülərini yayıb.

– Gəncənin raketlə vurulma anının videogörüntüləri yayılıb.

– Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan
Daşkəsən kəndinin videogörüntüsünü yayıb.

– Ermənistan ordusuna məxsus “KUB” zenit-raket kompleksi məhv edilib.

– Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunan
Horadiz kəndinin yeni videogörüntüsünü yayıb.

– Müdafiə Nazirliyi Tərtər rayonunun işğaldan azad olunan
Suqovuşan kəndinin yeni videogörüntüsünü yayıb.