DÇ-2026: Fransa-Azərbaycan oyununda ilk hissə başa çatıb (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Parisdə
keçirilən Fransa-Azərbaycan oyununda ilk hissə başa çatıb.

Trend-in
məlumatına görə, rəqib “Park de Prens” stadionunda oynanılan
görüşün fasiləsinə 1:0 hesablı üstünlüklə yollanıb.

Qolu 45+2-ci dəqiqədə Kilian Mbappe vurub.

Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.

xxx




22:50

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Parisdə
keçirilən Fransa-Azərbaycan oyunu başlayıb.

Trend-in
məlumatına görə, “Park de Prens” stadionunda oynanılan görüş Bakı
vaxtı ilə saat 22:45-də start götürüb.

Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.