Bakı. Trend:
Ağ Ev hökumətin bağlanması fonunda federal agentliyin işçilərini
ixtisar etməyə başlayıb.
Trend-in məlumatına görə, bu barədə cümə günü ABŞ-nin
İnzibati-Büdcə İdarəsinin rəhbəri Rassel Vot “X” sosial şəbəkəsində
yazıb.
“İşçilərin ixtisarı başlayıb”, – deyə o bildirib.
İnzibati-Büdcə İdarəsi “The Hill” nəşrinə ixtisarların “əhəmiyyətli” olduğunu bildirib, lakin konkret rəqəmlər təqdim
etməyib.

