Ağ Ev şatdaun ilə əlaqədar hökumət işçilərini ixtisar etməyə başlayıb

Baş səhifə

Bakı. Trend:

Ağ Ev hökumətin bağlanması fonunda federal agentliyin işçilərini
ixtisar etməyə başlayıb.

Trend-in məlumatına görə, bu barədə cümə günü ABŞ-nin
İnzibati-Büdcə İdarəsinin rəhbəri Rassel Vot “X” sosial şəbəkəsində
yazıb.




“İşçilərin ixtisarı başlayıb”, – deyə o bildirib.

İnzibati-Büdcə İdarəsi “The Hill” nəşrinə ixtisarların “əhəmiyyətli” olduğunu bildirib, lakin konkret rəqəmlər təqdim
etməyib.