Bakı.Trend:
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Oktyabrın 9-da Abşeron rayonu ərazisində 1965-ci
il təvəllüdlü Maşallah Cəfərovun öldürülməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1968-ci il təvəllüdlü Eldar Məmmədovun bıçaqla
xəsarət yetirərək Maşallah Cəfərovu qəsdən öldürməsinə əsaslı
şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.
Eldar Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs
qismində tutulub.
İbtidai istintaq davam edir.

