
“Skuter və velosipedlərdən geniş istifadənin tərəfdarıyam”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Deputat qeyd edib ki, ancaq bir çoxları bu nəqliyyat növlərinə əyləncə kimi yanaşırlar: “Bəzən bu səbəbdən qəzalar baş verir. Təklif edirəm ki, Elm və Təhsil Nazirliyi bütün məktəblərdə, təlimlər keçsin və bildirilsin ki, skuter və velosipedlər əyləncə vasitəsi deyil. Eyni zamanda dövlət qurumlarında ciddi şəkildə marifləndirmə tədbirləri həyata keçirilirsin”.

