
Bakı.Trend:
Süni intellektdən istifadə edilməklə həyata keçirilən
kibercinayətkarlıq və eləcə də müxtəlif növ cinayət halları DTX
tərəfindən nəzarətdə saxlanılır. Qeyd edilməlidir ki, dünyada süni
intellektdən istifadə edilməklə törədilən təxribat cinayətlərinin
miqyasında diqqətçəkən artım dinamikası müşahidə edilir.
Trend xəbər
verir ki, bu fikirləri “Critical Infrastructure Defence Challenge
2025″ (CIDC 2025) konfrasının panel müzakirələri zamanı DTX-nin
Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi Davud Rüstəmov
deyib.
D.Rüstəmov bildirib ki, əməliyyat şəraitinə nəzarət zamanı əldə
olunan təcrübə, eləcə də tərəfdaş xarici xüsusi xidmət orqanları
ilə aparılan əməkdaşlıq çərçivəsində bu qənaət daha da
güclənməkdədir:
“Xaricdə aparılan araşdırmaların birində Böyük Dil Modelinin
(LLM – Large Language Model) qanunsuz istifadəsinə dair hallar
aşkar edilib.Bu da cinayətkar şəbəkələrə təxribat cinayətlərinin
törədilməsində mürəkkəb ssenarilər hazırlamağa imkan verir”.

