​​​​​​​Ağstafa xəstəxanasında xəstə 2-ci mərtəbədən yıxılaraq ölüb

Baş səhifə

Ağstafa xəstəxanasında ölüm hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Ağstafa rayon mərkəzi xəstəxanasının terapiya şöbəsində qeydə alınıb. Orada müalicə olunan, rayonun Köçvəli kənd sakini 1979-ci il təvəllüdlü N.Hacıyev terapiya şöbəsinin ikinci mərtəbəsindən yıxılıb. Göstərilən tibbi yardıma baxmayaraq, onu xilas etmək mümkün olamayıb.

Faktla bağlı araşdırma aparılır.