Bakı. Trend:
Norveç silahlı qüvvələri naməlum pilotsuz uçuş aparatlarına
(PUA) qarşı ümumi büdcəsi 150 milyon ABŞ dolları olan on il
müddətli proqram işə salıb.
Trend xəbər verir
ki, bu barədə ölkənin quru qoşunları komandanı Lars Lervik bəyan
edib.
“Biz qarşıdakı 10 il ərzində gerçəkləşməsinə 1,5 milyard kron
ayıracağımız dronlar üzrə proqramın başladığını elan edirik. İdeya
mütəmadi olaraq innovasiyalar və sınaqlar həyata keçirmək, zamanla
ayaqlaşmaq və lazım gəldikdə layihəni genişləndirməkdən ibarətdir”,
– o deyib.
Hazırda Norveç quru qoşunlarının sərəncamında dronlara qarşı
mübarizə ilə bağlı 3 sistem olsa da, naməlum PUA-lara qarşı
tədbirlərdə polis qüvvələri də iştirak edir.

