Paytaxtın bu hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Baş səhifə

Bakı.Trend:

Paytaxtın Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan
yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan
hissə) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Trend xəbər
verir ki, bu barədə AAYDA məlumayt yayıb.




Bildirilib ki, 11 oktyabr saat 08:00-dan 12 oktyabr saat
24:00-dək Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil
yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva
prospektinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar
olaraq, nəqliyyat vasitələrinin hərəkəti avtomobil yolunun
sözügedən hissəsində məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən
hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə
etmələri xahiş olunur.