
Bakı. Trend:
ABŞ Konqresinin Senatı ölkənin 2026-cı maliyyə ili (1 oktyabrda
başlayıb) üçün hərbi xərcləri 925 milyard dollar həcmində
təsdiqləyib.
Trend xəbər verir ki, sənəddə
Ukraynaya 500 milyon dollar məbləğində yardım ayrılması da nəzərdə
tutulur.
Qanun layihəsi 77 senator tərəfindən dəstəklənib, 20 nəfər isə
əleyhinə səs verib. Qanunun Senatda qəbul olunması üçün minimum 60
səsin lehinə olması tələb edilirdi.
Xatırladaq ki, sentyabr ayında Konqresin Nümayəndələr Palatası
ABŞ-ın 2026-cı maliyyə ili üçün hərbi xərclər layihəsinin öz
versiyasını təxminən 900 milyard dollar məbləğində qəbul etmişdi.
Həmin sənəddə Ukraynaya yardım üçün 400 milyon dollar ayrılması
nəzərdə tutulurdu.


