
Bakı. Trend:
Almaniya Bundesliqasında sentyabr ayının ən yaxşı oyunçusu
müəyyənləşib.
Trend xəbər
verir ki, “Bavariya”nın hücumçusu Harri Keyn ötən ayın sən yaxşısı
seçilib. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
İngiltərə millisinin üzvü qalib olmaq üçün Alexandro Qrimaldo
(“Bayer”), Kaişu Sano (“Maynz”), Can Uzun (“Ayntraxt”), Noa Atubolu
(“Frayburq”) və David Raumu (“Leypziq”) qabaqlayıb.
Qeyd edək ki, Harri Keyn sentyabr ayında “Bavariya”nın heyətində
Almaniya çempionatında meydana çıxdığı 3 oyunda 7 qol və 1
məhsuldar ötürmə ilə yadda qalıb.


