AZAL təyyarəsinin qəzaya uğramasının bir neçə səbəbi var – Rusiya Prezidenti

Baş səhifə

Düşənbə.Trend:

Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə
görüşündə AZAL təyyarəsinin qəzaya uğramasına səbəb olan bir sıra
halları açıqlayıb.

Trend xəbər
verir ki, dövlət başçısı deyib: “Birincisi ondan ibarətdir ki,
səmada məhz Ukraynaya məxsus pilotsuz uçuş aparatı olub. Biz faciə
baş verən gecə Rusiya Federasiyasının sərhədini keçən üç pilotsuz
təyyarəni idarə edirdik. İkinci səbəb isə Rusiyanın hava hücumundan
müdafiə sisteminin özündə texniki nasazlıqlardır”.

Onun sözlərinə görə, buraxılan iki raket birbaşa təyyarəyə
dəyməyib – əgər bu baş versəydi, təyyarə elə yerindəcə məhv
olardı.

O vurğulayıb ki, zərbə məhvedici döyüş elementləri ilə
vurulmayıb, yəqin ki, raketlərin özlərinin parçaları ilə dəyib.