
Düşənbə. Trend:
Xəbər verdiyimiz kimi, DüşənbədəAzərbaycan Prezidenti İlham
Əliyev və Rusiya Prezidenti Vladimr Putin arasında görüş
keçirilir.
Trend xəbər verir ki, görüş zamanı Vladimr Putin “Azərbaycan
Hava Yolları” QSC-yə (“AZAL”) məxsus sərnişin təyyarəsinin qəzaya
uğraması ilə bağlı başsağlığını çatdırıb . Qeyd olunub ki, baş
vermiş hadisə üzrə araşdırma davam edir və yaxın vaxtda başa
çatacaq.
Rusiya Prezidenti hadisə haqda bildirib ki, həmin gün Rusiyanın
hava məkanına müdaxilələr olub və Rusiya HHQ tərəfindən atəş
açılıb. Atəş təyyarəyə açılmasa da, qəlpələr təyyarəyə dəyib.
Bununla əlaqədar kompensasiyalar ödəniləcək və günahkarlar
cəzalandırılacaq


