
Bakı. Trend:
Vaşinqton “Nvidia” şirkətinin bir neçə milyard dollarlıq yüksək
texnoloji mikrosxemlərinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ)
ixracına razılıq verib.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp may ayında Şərq
turnesi zamanı BƏƏ-yə mikrosxem ixracını dəstəkləyib. Tərəflərin
sövdələşmənin detallarını qısa müddətdə razılaşdıra biləcəklərinə
ümid etmələrinə, “Nvidia”nın təchizatı başlamağa hazır olmasına
baxmayaraq, tam razılıq uzun müddət əldə edilməyib.
Qeyd edilir ki, Vaşinqton bu çiplərin Yaxın Şərq ölkələrindən
Çinə göndəriləcəyindən ehtiyat edib.


