Azərbaycan Basketbol Liqasında II tura start verilir

Baş səhifə
Azərbaycan Basketbol Liqasında II tura start verilir

Azərbaycan Basketbol Liqasında II tura bu gün start veriləcək.

“Report”un məlumatına görə, günün yeganə matçında A qrupunda qərarlaşan “Neftçi” və “Şəki” komandaları üz-üzə gələcəklər.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Qeyd edək ki, tura oktyabrın 12-də yekun vurulacaq. “Neftçi” və “Şəki” A qrupunda 1 xalla 5-6-cı yerləri bölüşürlər.